Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsi;
  • Cəmiyyətin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
  • Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması;
  • Maliyyə modellərinin hazırlanması və təhlili;
  • Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
  • Cəmiyyətdə həyata keçirilən iri layihələrin icrası ilə bağlı monitorinqin aparılması.
  • Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək.
  • Yerli və beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında iştirak etmək.
  • Tələb olunan bilik, bacarıq və səriştələr:
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
  • Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır;
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı