Strategiya üzrə baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZMADE Group Strategiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Minimum 3 il peşəkar təcrübə olmalıdır.

“AZMADE GROUP” MMC şirkəti Strategiya üzrə mütəxəssis vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:

İŞİN TƏSVİRİ

  • Strateji layihələrin icrası çərçivəsində mövzuya uyğun olaraq geniş bazar araşdırması və təhlillərin aparılması;
  • Komanda rəhbərinin tapşırıqlarına uyğun olaraq araşdırma nəticələrinin təqdimat və ya hesabat şəklinə salınması və təqdim olunması;
  • Şirkətlərin büdcə və kapital xərclərin əsaslandırılmasının hazırlanmasında iştirak etmək və töhvə etmək;
  • Strategiya üzrə Baş mütəxəssisə müştərək layihələrdə dəstək vermək;
  • Analitikaya əsaslanan hesabatların və təqdimatların hazırlanması;
  • Rəhbərliyə aylıq/rüblük iclaslarda təqdim olunan prezentasiyaların tərtibatında birbaşa iştirak etmək;
  • Qeyd olunan öhdəliklərlə yanaşı, rəhbərliyin tapşırığına əsasən digər müvafiq işlərin və tapşırıqların reallaşdırılması.

TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR

  • Mükəmməl təşkilati və idarəçılik bacarıqları;
  • Güclü ünsiyyət bacarıqları;
  • Analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  •  Öyrənmək qabiliyyəti;
  •  Güclü ünsiyyət və insanlarla kommunikasiya yaratmaq bacarıqları;
  • Təşəbbüskarlıq və uyğunlaşmaq bacarıqarı;
  • Məlumatların təhlili və hesabatların hazirlanması bacarıqları;
  • Yüksək etik standartlarına malik olmaq.

 

NECƏ MÜRACİƏT ETMƏK

  • Maraqlanan namizədlər CV-ləri recruitment@azmade.az e-mail ünvanına göndərə bilərlər;
  • Elektron məktubun “Mövzu” hissəsində “Strategiya üzrə baş mütəxəssis” vəzifəsi qeyd edilməlidir;
  • CV-lər ən gec 20 avqust 2021-ci il tarixinədək göndərilməlidir.

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı