Stajçı Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

McDonald’s Azerbaijan Stajçı Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Yüksək ünsiyyət və idarəetmə qabiliyyəti olan gənclər ümumi təlim keçərək bir neçə ay ərzində Menecer olaraq şirkətin aparıcı qüvvələrindən biri olar bilərlər.

Vəzifə öhdəlikləri:

  • Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
  • “McDonald’s”ın müştərilərə xidmət siyasətinə riayət etmək.
  • Müştərilərin şikayətlərini şirkətin siyasətinə müvafiq olaraq araşdırmaq.
  • Restoranın hər bir sahəsinin və bütünlükdə növbənin idarə edilməsi üzrə vəzifələri.
  • Öz növbələrində müştərilər üçün restoranda gözəl ab-havanı (dostcasına, mehriban, qonaqpərvər əməkdaşlar, təmiz otaqlar, təhlükəsiz şərait) təmin etmək.
  • Restoranın təhlükəsizlik siyasətinə riayət etmək.
  • “McDonald’s”ın heyətə dair siyasətinə riayət etmək. Siyasətdəki dəyişikliklərlə vaxtında tanış olmaq və onları iş zamanı istifadə etmək.
  • Növbədə təlim prosedurlarına nəzarət etmək.
  • Şirkət standartları və siyasətindəki bütün dəyişiklik və əlavələrlə müntəzəm və vaxtında tanış olmaq və onları işçilərin nəzərinə çatdırmaq.
  • Restoranın bütün işçiləri və müştərilərinə yaxşı ünsiyyət və hörmət nümunəsi nümayiş etdirmək.
  • Öz növbələrində istehsalatın bütün sahələrində prosedurların düzgün yerinə yetirilməsini təmin etmək.
  • “McDonald’s”ın məhsulun hazırlanması və buraxılmasına dair standartlarına riayət etmək və yerinə yetirmək.
  • İctimai iaşə müəssisələri üçün qəbul edilmiş sanitariya qaydalarına və şirkət daxilində müəyyən olunmuş qaydalara riayət etmək.

Tələblər:

  • Ali təhsil;
  • Güclü liderlik keyfiyyətlərinə sahib kollektivlə işləməyi bacaran;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilən;
  • Analitik təhlil qabiliyyəti;
  • MS Office proqramlarının qabaqcıl istifadəçisi;
  • Azərbaycan və İngilis dillərini  bilən;
  • İşgüzar ünsiyyət və danışıqlar aparma bacarığı;

İş şəraiti:

  • İş saatı Əmək Qanunvericiliyinə uyğun tənzimlənir.
  • İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Maraqlanan namizədlər öz CV- lərini “Stajçı Menecer” mövzusu ilə 15.12.2021-ci il tarixinə kimi göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...