SQL Developer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Developer vəzifəsi üzrə vakansiya elan edir. Bank işi haqqında bilik olmalıdır.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Hesabatlıq üzrə mühəndis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “SQL Developer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az

Vəzifə öhdəlikləri:

  • SQL tərtibatı;
  • Verilənlər bazasının normallaşdırılması;
  • SQL üzrə optimallaşdırma işləri;
  • Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
  • Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
  • Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll yollarının təklifi;
  • Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət.

Vəzifəyə tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli bir sahədə ali təhsil;
  • 1 ildən çox bank sahəsində Microsoft SQL ilə işləmə təcrübəsi;
  • SQL tərtibatı ilə iş;
  • SQL Server ilə rahat işləmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı