Spa Terapevt
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yeni Qalaaltı Hotel Company Spa Terapevt vəzifəsi üzrə vakansiya elan edir.

Qalaalti Hotel & Spa yeni və gözəl arxitekturaya malik, Bakı şəhərindən cəmi 120 km məsafədə Şabran şəhərində yerləşən müalicəvi və istirahət kompleksidir. Bu kompleks digərlərindən öz unikal müalicəvi suyu, müasirliyi və rahatlığı ilə fərqlənir. Otel 157 superior-class, 16 suite otaq və müxtəlif dizaynlı 3 villaya malikdir.

Qalaaltı Otel & Spa Şabran şəhərində İdman mərkəzi komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Spa Terapevt axtarır.

Vəzifə öhdəlikləri:

  • Masaj otağına qonaqları qəbul etmək, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənmək;
  • Masajın tip və növünü müəyyən etmək;
  • Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq;
  • Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək;
  • Qonağın “problemli” yerlərini müəyyənləşdirmək və seqment masaj etmək;
  • Qonaqlara özünü-masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr;
  • Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin etmək;
  • Tələb olunan hallarda qonağı, onun ehtiyacı olduğu metodlardan istifadə edən masajçıya rəsmi şəkildə yönləndirmək;
  • Masaj otağında zəruri təmizlik və səliqəni təmin etmək;
  • Masaj sahəsində yerli və xarici təcrübəni öyrənmək, öz ixtisasını sistematik olaraq artırmaq;
  • Tələb olunduqda təlim sessiyaları və toplantılarda iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Təhsil/Təcrübə:

  • Orta ixtisas təhsili;
  • Müvafiq sertifikatlara malik olmalıdır;
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
  • İngilis və rus dili arzu olunandır;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla və yaşayış yeri ilə təmin edilmə;
  • İş qrafiki: Altı günlük iş həftəsi
  • İş yeri: Şabrah şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.

“Qalaalti Hotel & Spa” şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı