Sosial Pedaqoq
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SOS Uşaq Kəndləri – Azərbaycan Sosial Pedaqoq vəzifəsi üzrə vakansiya elan edir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq vəzifəsinə iş elanı verir.

Qısa Müddətli Qayğı Layihəsində sosial pedaqoq 8 nəfər 3-14 yaşlı uşağın təlim-tərbiyə prosesini təşkil edir və həyata keçirir. Sosial pedaqoq layihə çərçivəsində qayğı görən hər bir uşağın fərdi planına əsasən hərtərəfli inkişafına məsuldur.

Profiliniz:

  • Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Uşaq psixologiyası üzrə bilik;
  • İlkin tibbi yardım bacarıqları;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
  • Kompüter biliyi (MS Office);
  • Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.

Vəzifə və öhdəliklər:

  • Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
  • Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
  • Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək;
  • Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
  • Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
  • Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
  • Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
  • Təhsil  və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək.
  • Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;
  • Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

İş şərtləri:

  • Ərazi – Bakı şəhəri;
  • 360.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Növbəli iş rejimi;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 10 İyun 2022-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

Müəllim

Galata egitim müəllim vəzifəsi üzrə vakansiya elan edir. ...

Galata Egitim

18.07.2025 - Bakı