Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sosial media üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis (Sosial media üzrə)
Şöbə: Marketinq və tədbirlər
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarının (Facebook, Instagram, Twitter, LinkedIn, YouTube) peşəkar şəkildə idarə olunması;
- Sosial şəbəkələrdən daxil olan sorğuların dəqiq və dolğun şəkildə cavablandırılması;
- Sosial media üçün həftəlik nəşrlərin planının hazırlanması;
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
- Kreativ mətnlərin və postların hazırlanması;
- Dijital trendləri izləmə və işlədiyi sahəyə tətbiq edilməsi;
- Sosial mediada izləyici sayını artıracaq təkliflərin verilməsi;
- Sosial platformalardan daxil olan müraciətlərin cavablandırılması;
- Daxil olan müraciətlərin təhlili əsasında həftəlik və aylıq hesabatların hazırlanması;
- Rəsmi internet saytının Google AdWords vasitəsilə düzgün hədəf qrupuna uyğun demoqrafik seçimlər, ərazi və s. kimi bölgülərə əsasən reklam edilməsi;
- Agentliyin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsi, həftəlik və aylıq hesabatlar hazırlanması.
Vəzifə üçün tələblər:
- Ali təhsilli;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarını bilməsi, ingilis və rus dilləri üzrə dil bilikləri arzuolunandır;
- Kreativ düşüncə, analiz etmə və araşdırma qabiliyyəti;
- Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator, CorelDraw, Facebook Ads, Google Ads);
- Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Komanda daxilində işləmək bacarığı;
- Sıx iş qrafikində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini 21 fevral 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...