Qısa məzmun
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir.
Axtardığımız Namizəd:
- Ali təhsil (Dizayn, Qrafika, Rəqəmsal marketinq və ya müvafiq sahə);
- Yaş: 20-35;
- Adobe Photoshop, Adobe Illustrator, After Effects və ya digər dizayn proqramlarını yüksək səviyyədə bilən;
- Sosial media platformaları üçün vizual məzmunların hazırlanmasında təcrübəyə malik;
- Kreativ düşüncə qabiliyyəti və vizual trendlərə uyğunlaşmaq bacarığı;
- Rəqəmsal kontentin hazırlanması, formatlara uyğunlaşdırılması və sosial media ölçüləri üzrə biliklərə malik olmalı.
- Bacarıqlardan asılı olaraq tələblərdə güzəştə gedilə bilər.
Sizinlə Nələr Etmək İstəyirik?
- Yaradıcılıq: Sosial media kanallarımız üçün cəlbedici və innovativ vizual materiallar hazırlayın – postlar, story-lər, reklam bannerləri və s.
- İşbirliyi: Marketinq və SMM komandası ilə birlikdə çalışaraq kampaniyalara uyğun vizuallar yaradın.
- İnkişaf: Brendin vizual kimliyini sosial mediada daha da gücləndirin və yeni ideyalarla çıxış edin.
İş Şəraiti:
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: müsahibə əsasında təyin olunur;
- Nahar ilə təminat;
- İş yerinə nəqliyyat xidməti;
- İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.
Sizi Gözləyirik!
Əgər sosial mediada kreativ işlərə imza atmaq, trendləri müəyyən etmək və komandamızın ayrılmaz üzvü olmaq istəyirsinizsə, CV-nizi və mütləq Portfolio-nuzu hr.inci@inci.az elektron poçtuna “Sosial Media üzrə Qrafik Dizayner” mövzusu ilə göndərin.
Gəlin, birlikdə yaradaq!
Sizin yaradıcılığınızı və yeni ideyalarınızı səbirsizliklə gözləyirik!