Sosial Media Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Dünyagöz Azərbaycan xəstəxanalar qrupu Sosial Media Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

1996 -cı ildə xidmətə başlayan Dünyagöz Xəstəxanalar Qrupu, gözün bütün sahələrində göz və göz sağlamlığı ilə əlaqədar problemlərə 500 fərqli müalicə üsulu ilə göz sağlamlığı xidmətləri təqdim edir. Gündə 10000 poliklinika və 1500 əməliyyat keçirmə qabiliyyətinə malikdir və xaricdə cəmi 28 fərqli nöqtədə sağlamlıq xidməti göstərir.

Öhdəliklər:

  • Sosial şəbəkələrdəki səhifələrin kontent planlarının hazırlanması;
  • Sosial media hesabları və platformaları ilə işləmək
  • Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn, foto və video) hazırlamaq və ya seçmək;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
  • Bütün SMM kanallarına nəzarət etmək;
  • Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq;.

Tələblər:

  • Ali təhsil (Üstünlük)
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Planlaşdırma və hesabat qabiliyyəti;
  • Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
  • Facebook, Instagram və s. üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)

Əlavə məlumat:

  • İş saatları: 09:00-18:00;
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Naharla təmin olunma.
  • Komanda daxilində işləyə bilən, məsuliyətli, insanlarla münasibətləri yaxşı olan, diqqətli, nizamlı, təzyiq altında işləyə bilən
  • Əmək haqqı 800azn-1000azn

Maraqlanan və uyğun namizədlərin CV-lərini zehra.osmanli@dunyagoz.az ünvanına mövzu hissəsində “Sosial Media Meneceri” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı