Sosial Media Administratoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Sosial Media Administratoru vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin rolu:

Bu vəzifənin rolu sosial media mətnlərinin hazırlanması və idarə edilməsini təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Sosial Media təqvimini, effektiv planı, mövzuları zamana görə planlaşdırır və hazırlayır
  • Brendin məqsədi və imicinə uyğun, gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımları yaradır və yerləşdirir
  • Brendlərin sosial səhifələrini yaradır və işlədir
  • Korporativ standartlara əsasən sosial mediada tələb olunan məlumatlar ilə müştərilərin və izləyicilərin suallarına cavab verir
  • Davamlı olaraq izləyicilərin, bəyənmələrin, rəylərin və paylaşımların sayının artırılmasını təmin edir
  • Fotoçəkilişlər hazırlayır və həyata keçirir

Əsas tələblər:

Təhsil:

  • Ali təhsil (Marketinq, Rəqəmsal Marketinq ixtisaslarına üstünlük verilir)
  • SMM  üzrə sertifikatlar arzuolunandır

Təcrübə:

  • Sosial media sahəsində ən az 2 il təcrübə

Professional biliklər:

  • Sosial medianın idarə edilməsi
  • Dəb və trendlər haqqında biliklər
  • Targeting ve sosial şəbəkələrdə reklam yerləşdirilməsi
  • Səlis Rus və İngilis dili bilikləri
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar:

  • Təşkilati bacarıqlar
  • Nəticə yönümlülük
  • Çeviklik
  • Nizam – intizam
  • Kopiraytinq
  • Moda və tendensiyaları başa düşmək üstünlükdür
  • Yaradıcı düşüncə
  • Vizual təsvir bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Administratoru” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı