Sosial media üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Baku Tv Sosial media üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Təhsil – Marketinq və ya müvafiq sahədə ali təhsil;
  • Təcrübə – 1- 3 il
  • Cinsi – Qadın/Kişi
  • Dil bilikləri – Azərbaycan dili, Rus dili
  • Proqram bilikləri – Adobe Photoshop
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
  • Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
  • Facebook, Instagram, Twitter, Telegram, Tik-tok,Youtube və s üzrə istifadəçi təcrübəsi
  • Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, Telegram, Tik-tok,Youtube və s.) ilə işləmək;
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq;
  • Bütün SMM kanallarına nəzarət etmək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək.

İş barədə məlumat:

  • Əmək haqqı razılaşma əsasında
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Maraqlananlar cv-lərini mövzu yerinə “Baku tv/SMM” yazaraq , hr@management.az e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı