Qısa məzmun
PASHA Bank Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
- Texniki dəstək mərkəzinə telefon vasitəsilə daxil olan sorğuların qeydiyyatının aparılması;
- Əməkdaşlara verilən bütün İT avadanlıqların qeydiyyatının aparılması;
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan sorğuların icrası;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan, lakin son istifadəçi dəstək qrupuna aid olmayan sorğuların dərhal “Help Desk” qrupuna yönləndirilməsi;
- Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə köməklik edilməsi;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib aradan qaldırılması;
- Bankın daxili proses, siyasət və təlimatlarına, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan qaydalara ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 ilədək
- Xarici dil: İngilis dili və Rus
- Kompüter bilikləri: Microsoft OS və Office
- Məhsul biliyi: Texniki dəstək sistemi
- Bazar biliyi: İnzibati və texniki dəstək üzrə təcrübə
- Digər: Komandada iş və yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...