SOC (Security Operations Center) Specialist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Technology Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

  • Vəzifə: Təhlükəsizlik əməliyyatları mərkəzinin mütəxəssisi
    Şöbə: İnformasiya təhlükəsizliyi
    Birbaşa rəhbər: İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri
    Dərəcə: Yenilənəcəkdir
    Rəhbərlik səviyyəsi: Tətbiq olunmur

Məsuliyyətlər:

  • “PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri:
  • SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
  • Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
  • Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
  • Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
  • “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
  • Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
  • Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək

Əsas vəzifələr:

  • “PAŞA Technology” MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi
  • Data Mərkəzinin obyektləri və əlaqələndirilmiş analoji müəssisələrdə İT təhlükəsizlik alətlərinə operativ yardımın göstərilməsi
  • Data Mərkəzlərində tətbiq olunan videomüşahidə sistemlərinə operativ yardımın göstərilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması
  • Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış
  • mşaltma tədbirlərinin həyata keçirilməsi
  • Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi
  • İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak
  • Müxtəlif təhlükəsizlik platformaları və texnologiyalarının təhlükəsizlik təhdidlərinin təhlil edilməsi və cavab tədbirlərinin görülməsi
  • Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi
  • Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması
  • Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilmiş cihazlarla bağlı texniki yardım barədə sorğuların cavablandırılması
  • Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində).
  • Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün “PAŞA Technology” MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi.
    Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması.
  • Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi
  • Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi.
  • “Agile” iş üsulunu dəstəkləmək
  • Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
  • Həssaslıq və nasazlıqları proaktiv şəkildə müəyyən edərək aradan qaldırmaq
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
  • Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
  • Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə və baş icraçı direktora məruzə etmək
  • Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək

İkinci dərəcəli öhdəliklər:

  • “PAŞA Technology” MMC-nin təhlükəsizlik infrastrukturunun monitorinqi, şəbəkədə hücum və həssaslıqların müəyyən edilərək məruzə edilməsi.
  • Bədbəxt hadisələrin müəyyən edilməsi, onların ağırlıq dərəcəsini və tələb olunan cavab tədbirini müəyyən etmək üçün təhlil və araşdırmanın aparılması.
  • Bədbəxt hadisələrin siyasət və prosedurlara uyğun olaraq düzgün şəkildə məruzə edilməsi və sənədləşdirilməsinin təmin edilməsi.
  • Təhlükəsizlik hadisələri zamanı hücumun səviyyəsini və biznesə təsirlərini müəyyən edən, bədbəxt hadisələrin qarşısının alınmasının ən yaxşı yolları, o cümlədən bu cür hadisələrin yenidən baş verməsinin qarşısını almaq üçün sistemlərin gücləndirilməsi və yumşaltma tədbirləri ilə bağlı tövsiyələr verən texniki nasazlıqların məruzə edildiyi şəxs kimi çıxış etməyə hazır olmaq.
  • Müştəri şəbəkəsinin təhlükəsizliyini təmin etmək üçün yaranan təhdid və həssaslıqların tam başa düşülməsi.
  • Lazım gəldikdə qoruyucu monitorinq üzrə və təhlükəsizlik əməliyyatları mərkəzinin sənəd, proses və prosedurlarının yenilənməsi, aktuallığın təmin edilməsi.
  • Müştəri məmuniyyətinin və idarə olunan təhlükəsizlik xidmətlərinin ümumi uğuru üçün məsuliyyət daşımaq.
  • Müxtəlif müştərilərlə nəzakətli, müsbət və peşəkar şəkildə davranmaq.
  • Güclü tənqidi düşüncə və problem həlletmə bacarıqları
  • İnformasiya və məlumatların təhlükəsizliyi sahəsinə böyük maraq
  • Güclü təşkilatçılıq bacarıqları sayəsində detallara fikir vermək
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət.
  • Rotasiya əsasında iş saatlarında əlavə və həftə sonları işə gəlmək tələb olunacaqdır.
  • Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər.

Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar

Təhsil:

  • Müvafiq sahə üzrə universitet dərəcəsi.
  • Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
  • Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür

Təcrübə:

  • İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 1 il təcrübə tələb olunur.
  • Kibertəhlükəsizliyin monitorinqi sahəsində minimum 6 ay təcrübə
  • Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə
  • Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibrtəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya thlükəsizliyi platformaları üzrə təcrübə
  • ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik
  • Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks
  • SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə
  • TCP/İP şəbəkələri üzrə praktiki təcrübə
  • “Linux” və “Windows” əməliyyat sistemləri üzrə təcrübə
  • Tələb olunan marşrutlaşdırma və girişə nəzarət cihazları üzrə praktiki bilik

Kompüter bacarıqları:

  • “Microsoft Office” proqramlarından istifadə bacarıqları
  • Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik

Dil bilikləri:

  • İngilis dili – Yaxşı
  • Azərbaycan dili – Ana dili
  • Rus dili – Yaxşı

Fərdi bacarıqları Davranışlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
  • Əməliyyatların keyfiyyətini təmin etmək
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək

E-mail: talents@pasha-technology.com

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı