Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Dağ – mədən və hasilat sahəsinin koordinasiyası şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
- Cəmiyyətin hasilat sahələrində şöbəyə tabe olan bölmələrin işinin təşkilinə nəzarətin təşkil edilməsini təmin etmək;
- Cəmiyyətin hasilat və mədən sahələrində istehsalat fəaliyyətinə dair hesabatların hazırlanmasına nəzarət etmək;
- Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarəti təşkil etmək;
- Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;
- Cəmiyyətin istehsalata dair mühəndislik, təmir tikinti işləri üzrə layihələrinin hazırlanlanmasında iştirak etmək və təkliflər vermək;
- Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
- Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Namizədə tələblər:
- Dağ-mədən, geologiya və ya digər aidiyyatı sahələr üzrə ali təhsil/magistratura təhsili;
- Ən azı 7 il (istehsalat, dağ-mədən və oxşar sahələr üzrə) ümumi təcrübə, 5 il idarəetmə təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- “Microsoft Office” proqramlarını mükəmməl bilmək, mühəndislik proqram təminatları (Autocad, Gemcom, Surpac və s.) ilə tanışlıq arzuolunandır
- Dağ-mədən və geologiya sahəsi üzrə hər hansı sertifikatın olması arzuolunandır
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Dağ – mədən və hasilat sahəsinin koordinasiyası şöbəsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.