SMM və Qrafik – dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

My Broker” gömrük təmsilçiliyi SMM və Qrafik – dizayner üzrə yay təcrübə proqramını elan edir!

“My Broker” gömrük təmsilçiliyi SMM və Qrafik – dizayner üzrə yay təcrübə proqramını elan edir!

Azərbaycan gəncliyi 2017–2021-ci illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı “My Broker” gömrük təmsilçiliyi gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması, şəxsi inkişafın təmin edilməsi, peşəkar bacarıqlarının inkişafı və real iş şəraiti ilə tanış etmək məqsədi ilə tələbələr, məzunlar və iş heyatına yeni başlayanlar üçün təcrübə proqramı elan edir. Siz də öz karyera arzunuzu reallaşdırmaq, təcrübə və biliklər qazanmaq istəyirsinizsə “My Broker” gömrük təmsilçiliyi sizin üçün ən doğru seçimdir!

Təcrübəçiyə dair tələblər:

  • Yaş həddi: 19-25 yaş
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Dizayn proqramı üzrə ilkin kompüter bilikləri;
  • Xarici dil biliklərinin olması üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • İntizamlılıq və məsuliyyətlilik;
  • Özünü daim inkişaf etdirməli, innovativ düşünmək bacarığı;
  • Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • İş üslubu;
  • SMM startegiyası;
  • SMM büdcə planlaması;
  • Dizayn proqramları ilə işləmək;
  • Potensial imaknlardan yararlanmaq;
  • Peşəkar komandanın bir üzvü olmaq;

Üstünlüyümüz:

  • Mehriban və peşəkar kollektiv.
  • Təcrübəçilərə real iş şəraitinin yaradılması.
  • Nəzəri və praktiki biliklərin öyrədilməsi.
  • Əməyin qiymətləndirilməsi.
  • Karyera imkanı.
  • Təcrübə müddətinin sonunda:
  • Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək.
  • Ən yüksək nəticə əldə etmiş 2 namizəd işlə təmin ediləcək.
  • Müddəti: 2 ay

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Təcrübəçi SMM və Qarfikdizayner başlığı altında HR@mybroker.az mail ünvanına göndərə və ya
https://kec.az/eWINu müraciət formu vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təcrübə proqramının seçim mərhələsindən uğurla keçən şəxslər şirkətin “Marketing və satış” şöbəsində SMM və Qrafik – dizayner üzrə təcrübə keçəcəklər.
Son müraciət tarixi: 15.07.2021

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...