Qısa məzmun
MCB BOKT SMM üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- 20-30 yaş arası xanım və bəylər
- Xarici dil bilikləri: Rus dili (sərbəst), ingilis dili (yaxşı). Azərbaycan və rus dillərinin qrammatika, leksika biliyi və düzgün tətbiq bacarıqları
- Sosial media marketinq (SMM) üzrə ən azı 1 il iş təcrübəsi
- Mükəmməl ünsiyyət, işgüzar yazışmalar və təqdimat bacarığı
- Ofis proqramlarını sərbəst bilmək
- Kreativ ideyalı və yaradıcı qabiliyyətli, məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə bacarığı
- Facebook Business manageri ətraflı bilməli
- Google Ads, Google Analytics-də işləməyi bacarmalı
- SEO və SEM üzrə biliklər
Vəzifə borcları:
- Facebook, Instagram, YouTube-da korporativ hesabların aparılılması
- Kontentin yaradılması (foto, video, mətn);
- Aylıq planın tərtib edilməsi
- Bazarın və rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili;
- Sosial media şəbəkələrinin vasitələrindən istifadə bacarığı;
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ dəyərlər çərçivəsində cavablandırılması
- Abunəçilərinin sayının artırılması üzərində işlərin aparılması;
- Bütün platformalar üzrə aylıq xülasə hesabatının formalaşdırılması, smm-menecmentin effektivliyinin təhlili.
- SMM strategiyasının hazırlanması və həyata keçirilməsi
İş şərtləri:
- Əmək müqaviləsi və ya xidmət müqaviləsi əsasında.
- İş vaxtı 09:00 – 18:00, həftədə 5 gün. (xidmət müqaviləsi əsasında tərəflərin razılığı ilə)
- Əmək haqqı və ya xidmət haqqı müsahibə əsasında təyin olunacaq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV, təqdimat və Portfoliolarını (əgər varsa) hr@mcb.az elektron ünvanına (Mövzu hissəsində – SMM üzrə Mütəxəssis qeyd etməklə) göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...