Qısa məzmun
CIB Business şirkəti SMM Üzrə Mütəxəssis vakansiyasını elan edir.
İş barədə məlumat:
- Sosial Media Səhifələrində paylaşılacaq postların hazırlanması prosesini izləmək, hazırlanmış postların dəyərləndirməsi, postlarda dəyişiklik və yeniliklər üçün təkliflərin verilməsi
- Facebook Instagram və LinkedIn-də post paylaşımları üçün doğru vaxtların müəyyənləşdirilməsi və paylaşımların həyata keçirilməsi
- Facebook, Instagram və Google-da reklam paylaşımları üçün doğru vaxtların və hədəf kütləsinin müəyyən edilməsi və reklamların yerləşdirilməsi
- Sosial media hesablarında aktivlik, reklam fəaliyyətinin təhlil edilməsi və hesabatların hazırlanması
- Sosial media səhifələrinə (Facebook, Instagram və LinkedIn) gələn sorğuların cavablandırılması
- İş qrafiki : Həftənin 5 günü 9:00 dan 18:00 dək
- Şənbə və bazar günləri qeyri iş günüdür
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı : Müsahibə əsasında razılaşdırılacaq
Namizədə tələblər:
- Ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- Facebook, Linkedin, Instagram üzrə istifadəçi təcrübəsi, rəqəmsal reklamları idarəetmə bacarığı
- Facebook Business Manager ilə işləmə bacarığı
- Google Ads ilə işləmə bacarığı
- Reklam nəticələrini analiz edə bilmək bacarığı
- Komandada işləmək qabiliyyəti
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli, analitik düşüncəyə sahib olmaq
Namizədlərdən CV-lərini “SMM üzrə Mütəxəssis” mövzusu ilə cv@cib.business e-mail adresinə göndərmək xahiş olunur. Məktubda və ya cv-də SMM xidməti göstərdiyiniz səhi̇fələri̇n adlarını və ya li̇nkləri̇ni̇ qeyd edə bilərsiniz. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...