SMM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Türk Dünyası Atatürk Liseyi SMM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. SMM sahəsindəki yeniliklərdən xəbərdar olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Sosial Media Səhifələrində paylaşılacaq postların hazırlanması prosesini izləmək, hazırlanmış postların dəyərləndirməsi, postlarda dəyişiklik və yeniliklər üçün təkliflərin verilməsi;
  • Sosial media səhifələrinə gələn sorğuların cavablandırılması;
  • Sosial şəbəkələr üçün hesabların analizi və inkişafı üzrə strategiyanın hazırlanması;
  • Reklamların yerləşdirilməsi;
  • Reklam nəticələrinin təhlil edilməsi və yeni təkliflərin verilməsi;
  • Sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi;
  • Həmin sosioloji tədqiqatlar vasitəsi ilə müvafiq fəaliyyətin həyata keçirilməsi ilə bağlı auditoriyanın müəyyən edilməsi və tələbatların öyrənilməsi;
  • Öyrənilmiş tələbatlar əsasında kommunikasiya üzrə perspektiv illik planlar, layihələr və tədbirlər üzrə təkliflərin işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Aparılmış tədqiqatlar və tədbirlər əsasında aidiyyəti tövsiyələri əks etdirən hesabatların hazırlanması;
  • Müxtəlif kommunikasiya/maarifləndirici tədbirlərin təşkil edilməsində iştirak;
  • İcrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasınınhəyata keçirilməsi.

Vəzifəyə olan tələblər:

  • Ən azı 1-3 il iş təcrübəsi;
  • Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı;
  • Bazar araşdırma qabiliyyəti, rəqiblərin analizi və dəyişən trendləri mütəmadi izləyə bilmə;
  • Kreativ və innovativ düşüncəli olmalı;
  • Vaxtını idarə etməyi bacaran;
  • Komandada işləmək qabiliyyət;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;

Vəzifə haqqında məlumat:

  • İş günləri: 1-6 günlər, bazar günü istirahət;

Maraqlanan və uyğun namizədlərin CV-lərini tdbakuataturk@turan.org ünvanına mövzu hissəsində “SMM” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı