SMM (Sosial Media Menecer)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Online Trading SMM (Sosial Media Menecer) vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyəli iş avadanlığı olmalıdır.

“Online Trading” MMC –nin əsas fəaliyyət istiqaməti müxtəlif internet layihələrdir. Hazırda şirkət Azərbaycanın ən böyük onlayn-hipermarketinin (Alsat.az saytının) yaradılmasını həyata keçirir. Şirkətin gələcək planlarında qlobal bazarı hədəfləyən çox böyük xidmət satışı saytının istifadəyə verilməsi və inkişaf etdirilməsi əsas yer tutur.

Vəzifə öhdəlikləri:

  • Layihə Menecerinin tapşırıqlarını icra etmək;
  • Online mağazanın inkişafı üçün düzgün sosial media kontenti strategiyasını hazırlamaq;
  • Bazardakı rəqiblərindən fərqli aksiyalar və kampaniyalar hazırlamaq üçün təkliflər vermək;
  • Satış dövründə ən çox satılan məhsulları analiz edib, həmin məhsullarla bağlı düzgün media kontent formalaşdırmaq;
  • Davamlı trendləri izləmək və yeni trend yarada bilmək üçün planlar hazırlayıb rəhbərliyə təklif etmək;
  • Həftəlik və aylıq nəticələrin demonstrasiyası.

Tələblər:

  • Təhsil: Təhsil – Ali
  • Təcrübə: Minimum 3 il
  • Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür)
  • İT üzrə biliklər: MS Office proqramları.

Təkliflər:

  • Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaqAR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Bank kartı ilə əmək haqqı ödənişi
  • Yüksək səviyyəli iş avadanlığı
  • Metrodan 10 dəqiqəlik piyada məsafədə rahat ofis (Plaza)
  • İş saatları: 10:00-dan 19:00-dək;
  • Nahar fasiləsi 14:00-dan 15:00-dək;

Səriştəlik:

  • Məsuliyyətli, disiplinli, açıq fikirli
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və icra etmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Təşəbbüskarlıq, planlı düşüncə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@onlinetrading.az elektron ünvanına mövzu yerinə “SMM” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı