Qısa məzmun
Ə/h 400-00 AZN. Benzeine LLC SMM/SEM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dillərində yüksək səviyyədə danışıq tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə icmaların və qrupların yaradılması, idarəolunması və inkişafı;
- Reklam kampaniyalarının həyata keçirilməsi, sosial şəbəkələrdə təqdimat materiallarının hazırlanması və paylaşımı;
- Qruplar və icmalarda məzmunun (mətnləri, fotoşəkilləri, videoları, audio) paylaşımı;
- Qruplar və icmalarda müsabiqələrin, anketlərin, kampaniyaların təşkili və keçirilməsi;
- Hədəf auditoriyanın cəlb olunması, ziyarətçilərin, abonentlərin, qrup üzvlərinin sayının artırılması;
- Səhifələrin baxışlarının monitorinqi, sualların cavablandırılması;
- SMM-kampaniyalarının və reklam kampaniyalarının səmərəliliyinin təhlili;
- Rəqiblərin SMM fəaliyyətinin təhlili və analitik hesabatların hazırlanması.
Tələblərimiz:
- Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə danışma, yazma və redaktə etmə bacarığı
- Sosial şəbəkələrdən (Facebook, Instagram, LinkedIn, Twitter,ş
- Analitik alətlərdən (Facebook Business Manager, Google Analytics, YouTube Analytics, Yandex.Metrica) istifadə bilikləri
- Reklam platformaları ilə (Google Ads, Yandex.Direct) iş təcrübəsi
- Qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi
Təklifimiz:
- Çevik iş qrafiki
- Mehriban komanda
- Şəxsi inkişafa dəstək
- Peşəkar və karyera inkişafı perspektivi
- Şəhərin mərkəzində ofis (Elmlər m/s çıxışında, BDU ilə üzbəüz)
- Əmək haqqı (başlanğıc): 400 – 500 manat
Namizədlərdən CV formaların vacancy@benzeine.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “SMM/SEM mütəxəssis ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...