Qısa məzmun
Ə/h 400-500 AZN. PRO CON izo SMM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Sosial media hesabları və platformaları (Facebook, LinkedIn,Instagram və s.) ilə işləmək;
- Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
- Məhsullar və xidmətlər üçün yaradıcı ideya və təkliflərin hazırlanması.
- İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan – 18:00 -dək;
- Bazar günü istirahət günüdür;
- Əmək haqqı : 400-500 manat
Namizədə tələblər:
- Təhsil : Ali
- Sosial media sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini orta səviyyədə bilmək;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi dcc@proconizo.az ünvanına “SMM üzrə mütəxəssis” başlığında göndərməyiniz xahiş olunur. Qeyd etmək istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Marketing Specialist
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SMM təcrübəçi
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
Маркетолог
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
SMM mütəxəssisi ( Təcrübəçi )
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...