Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Setex Group SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Punktuallıq, məsuliyyətlilik olmalıdır.
Şirkətimiz, Setex Group şirkətlər qrupu 1998 ci ildən Azərbaycanda Fashion Retail sahəsində fəaliyyət göstərir. Levi’s , Greyder , English Home, Soobe, Mavi , Colin’s kimi tanınmış geyim brendlərini Azərbaycanda təmsil edir.
Vəzifə: SMM ( Social Media Marketing ) mütəxəssisi
İş yeri : Bakıda ( Cəfər Xəndan küçəsi 40 A ) yerləşir.
İş rejimi : Həftədə 6 gün
Əmək haqqı : Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsası bazar qiymətinə uyğun olaraq, təyin olunacaq.
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə olan səhifələrin idarə olunması və reklam fəaliyyətini icra etmək
- Şirkətin məhsul və fəaliyyətləri ilə bağlı content hazırlamaq
- Məhsul və fəaliyyətləri ilə bağlı hazırlanmış materialların sosial şəbəkələrdə yerləşdirilməsi və aktivliyin təmin edilməsi
- Fəaliyyətlə bağlı statistik məlumatların toplanması və analiz edilməsi
- İzləyici kütləsi ilə kommunikasiyanın qurulması
Namizədə Tələblər:
- Ali təhsil
- Sosial Media Marketinq (SMM) üzrə minimum 1 il iş təcrübəsi
- Qrafik dizayn sahəsində bacarıqlar (photoshop, coral draw, illustrator tipli proqramlarda işləmək bacarığı) arzuolanandır.
- Kreativ düşünmə və yenilikçilik
- Punktuallıq, məsuliyyətlilik
- Təşəbbüskarlıq və nəticəyönümlülük
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “CV”–lərini mövzu hissəsində vəzifə adını “SMM” qeyd etməklə (cv@setexgroup.com) ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...