Qısa məzmun
Caspian Energy Construction SMM Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Şirkətə aid müvafiq brendləin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Instagram, YouTube)
- Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı
- Həftəlik/aylıq kontent planının hazırlanması
- Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq kontentlərin yazılması
- Dizaynerə və Motion dizaynerə əsas ideanın çatdırılması
- Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideaların çatdırılması
- Tapşırıqların vaxtında icra olunması
- Frilans işləmək istəyən namizədlər əlaqə saxlamasın
İş şəraiti:
- Həftənin altı günü 09:00-dan 18:00-dək kimi
- İstirahət bazar günü
- Əmək haqqı: 500-600 AZN
- Ünvan: Əhməd Rəcəbli 266. 62A İnşaat bazarı
Namizədə tələblər:
- Orta Texniki Təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan və Rus dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili biliyi mütləqdir)
- Google adwords ilə işləmə və düzgün copywriting bacarığı
- Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli
- Yenilikləri və trendləri izləməli
- Kreativ və innovativ düşüncəli olmalı
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sosial Media Meneceri (SMM)” qeyd etməklə office@caspian-energy.net elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...