SMM menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Group SMM menecer vəzifəsi üzrə vakansiya elan edir. Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Şirkətlərin sosial media hesablarının idarə edilməsi;
  • Gündəlik postların, həftəlik/aylıq SMM hesabatlarının hazırlanması, markanın rəsmi səhifə istifadəçilərinin şəbəkədən istifadə etmə vaxtlarının və buna uyğun olaraq xüsusi mövzularda postların gündəlik yerləşdirmə zamanlarının müəyyən edilməsi;
  • Səhifənin strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;
  • Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun rubrikaların yaradılması;
  • Sosial şəbəkələrdə markanın rəsmi səhifəsinin, istifadəçi sayını reklam hesabına uyğun olaraq artırılması;
  • Dizaynerə briflərin tam və dolğun şəkildə ötürülməsi;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması;
  • İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili təhlil və hesabatlar hazırlamaq;

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
  • İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
  • Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək; (Türk-ingilis dili üstünülükdür)
  • MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 15.11.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “SMM menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85

 

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı