Qısa məzmun
My Food MMC şirkəti SMM Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Sosial şəbəkələrin aktiv idarə edilməsi,
- Sosial Media Səhifələrində paylaşılacaq postların hazırlanma prosesində iştirak, postlarda dəyişiklik və yeniliklər üçün təkliflərin verilməsi
- Sosial şəbəkələrdə post paylaşımları üçün doğru vaxtın müəyyənləşdirilməsi və paylaşımların həyata keçirilməsi
- Sosial media hesablarında aktivlik, reklam fəaliyyətinin təhlil edilməsi
- Aylıq post-planın hazırlanması
- Səhifələr üzrə nəzarəti həyata keçirmək
- Aylıq yekun statistik nəticələrin hazırlanması
- AR qanunvericiliyinə uyğun əmək müqaviləsi
- Şirkət nömrəsi ilə təmin olunur
- İş qrafiki: I-VI günlər (Bazar günü istirahət)
- Rəqabətə davamlı əmək haqqı
Namizədə tələblər:
- SMM üzrə minimum 1 il iş təcrübəsi
- Rus dili bilənlərə üstünlük verilir
- Sosial şəbəkələr üçün səhifələrin analizi və inkişafı üzrə strategiyanın hazırlanması
- Sosial media üçün yaradıcı post ideyalarının düşünülməsi
- Reklam nəticələrini analiz edə bilmək bacarığı
- Araşdırma qabiliyyəti yüksək
- İşini optimallaşdırmağı bilən
- Enerjili, punktual, məsuliyyətli, ünsiyyətcil və işinə qarşı həvəsli
Uyğun namizədlərin CV və portfoliolarını “SMM” başlığı altında hr.mammadova@myfood.com.az e.mail ünvanına göndərmələri xahiş olunur. Məktubda və ya cv-də SMM xidməti göstərdiyiniz səhi̇fələri̇n adlarını və ya li̇nkləri̇ni̇ də qeyd edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...