Qısa məzmun
Maffin Reklam Agentliyi SMM menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Sosial media hesablarının idarə olunması;
- Sosial şəbəkələr üçün hesabların analizi və inkişafı üzrə strategiyanın hazırlanması;
- Komanda daxilində materialların toplanmasına nəzarət;
- Müştərilər tərəfindən daxil olan sorğuları komandaya yönləndirmək, cavablandırılmasını və sorğular üzrə məlumatların verilməsini təmin etmək;
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək
- Sosial media kampaniyalarının izlənməsi, datalarının saxlanması və fəaliyyətlərinin təhlili.
- Foto və Video çəkilişlərin təşkili
- Bütün layihələr üzrə hesabatların hazırlanması, nəticələrin təhlili.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Facebook Business Suite və Google ads. ilə işləmə
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik;
- İngilis və rus dilləri üzrə biliklər üstünlükdür;
İş qrafiki : Həftə içi 5 gün ( 9.00-18.00)
İş yeri : Nərimanov metrosu yaxınlığında, Turan Biznes Mərkəzi 2 (Albert Aqarunov 14A)
Müraciətinizi CV formasında müvafiq başlıqla göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...