Qısa məzmun
Ferrum Capital SMM üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sosial media posterlərini hazırlamalıdır.
Tələblər:
- 22-28 yaş
- Müvafiq sahə üzrə 1 il təcrübə
Hansı özəlliklərə malik olmalıdır?
- Yüksək səviyyədə azərbaycan və rus dili bilikləri (ingilis dili biliyi üstünlükdür)
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
- Facebook Ads üzrə biliklər
- Google Analytics, Google Ads üzrə biliklər üstünlükdür
- Kreativ yanaşma
- Analiz etmə və araşdırma qabiliyyəti
SMM üzrə kiçik mütəxəssis nə iş görür?
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi
- Sosial media üçün aylıq post planının hazırlanması
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
- Sosial media postları üçün kontentlərin yazılması
- Sponsorlu (targeting) reklamların verilməsi
- Səhifənin aylıq hesabatlarının hazırlanması
- Qrafik dizaynerə düzgün və dəqiq brief verilməsi
- Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması
Əlavə məlumat
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 300 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “SMM üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...