Qısa məzmun
Ə/h razılaşma yolu ilə. UNICO Aparıcı mühəndis-smetaçı (tikinti üzrə) vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dillərini bilməlidir.
Əsas vəzifə və öhdəliklər:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Layihə əsasında həcmlərin hesablanması ( ümumi inşaat );
Tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi;
- Yaş həddi: 25-45 yaş
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Dil: Azərbaycan, İngilis və Rus dilləri
- Komputer bilikləri: Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə üstünlük verilir) proqramları;
- İşə məhsuliyyətli yanaşmaq;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
İş haqqında məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki- 5 gün, lazım olsa şənbə günü-qısa gün
Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Smeta mühəndisi” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Zenfira.Bagirova@unico.az elektron ünvanına
göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ə/h 450 AZN. Konfirom MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis üzrə vakansiya elan edir. Nahar yeməyi və geyim şirkət tərəfindən verilir. ...
Konfirom MMC İstehsalat sahəsi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Baykon İnşaat Hidrotexnik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AT-Geotech MMC Çilingər vəzifəsi üzrə vakansiya elan edir. ...
AT-Geotech MMC Topoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...