Smetaçı – Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ramco CJSC Smetaçı-Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Yalnız kişi namizədlər üçün nəzərdə tutulmuşdur.

”RAMCO” QSC – in, başlıca məqsədi, ölkəmizdə və ölkə hüdudlarından kənarda, sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisinin peşəkarcasına həyata keçirilməsidir. Şirkətin hədəfi, idarəetmədə aşağıdakı prinsipləri rəhbər tutaraq, daima təkmilləşmək və tikinti sektorunda Respublikamızın öndə gələn Şirkətlərindən birinə çevrilməkdir.

Vəzifə: Smetaçı-Mühəndis

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti Quraşdırma İşlərinin Planına əsasən lazım olan material, maşın mexanizm və insan resurslarının hesablanması;
  • Təyin edilmiş resurslara əsasən maya dəyərinin hesabatı;
  • Yerinə yetirilmiş işlər üzrə material resurslarının texniki hesabatlarının tərtibi;
  • Smeta sənədlərinə uyğun Forma-2 lərin hazırlanması;
  • Həftəlik, aylıq və yekun hesabatların tərtibi;
  • Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması.
  • Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edəcək.

Namizədə dair tələblər:

  • Inşaat/Tikinti sahəsi üzrə Ali təhsil;
  • Yol, Mülki və Sənaye obyektlərinin tikintisi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Smeta sahəsinə tam hakim olmalıdır və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir;
  • Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
  • Dil bilikləri: İngilis və Rus dili- əla
  • Microsoft Ofis proqramları, büdcə hesablaması üçün gərəkən proqramlardan biri, və AutoCAD-dan irəli səviyyədə istifadə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti, ünsiyyətcil, komandada işləmə bacarığı;
  • Müfaviq sahə üzrə hər hansı təlim keçmiş və sertifikata malik olan namizədlərə üstünlük veriləcək;
  • Sürücülük vəsiqəsi: B və ya BC
  • Yalnız kişi namizədlər üçün nəzərdə tutulmuşdur.

İş şərtləri:

  • Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə: 10:00-16:00
  • Əmək haqqı: (Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir)
  • Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər mövzu yerində “Smetaçı-Mühəndis” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.
Elektron poçtun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Smetaçı-Mühəndis) göstərin.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı