Smetaçı-mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Smetaçı-mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Tikinti texnologiyasını bilməlidir.

İş barədə məlumat:

  • İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
  • Əsaslı Tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq.
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
  • Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
  • Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
  • Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
  • Smeta qiymətləri üzrə arayışların tərtib edilməsi
  • Smeta sahəsinə tam hakim olmalıdır və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Bilməlidir:

  • Tikinti materiallarının növləri və xüsusiyyətlərini
  • Tikinti texnologiyasını
  • Tikinti norma və qaydalarını, material sərfi normalarını
  • Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri
  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilməlidir
  • Tikinti və ağır texnikaların üst qurğuları və metal konstruksiyalar üzrə materiallarının növləri və xüsusiyyətlərini bilməli
  • Tikinti və ağır texnikaların üst qurğuları və metal konstruksiyaların texnologiyasına, istehsalının norma və qaydalarına, material sərfi normalarına dair biliklər

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahədə)
  • Müvafiq sahədə iş təcrübəsi tikinti şirkətlərində 3 ildən az olmamaq şərtilə
  • Kompüter bilikləri: Microsoft Office, AutoCad
  • etender.gov.az saytından istifadə bacarığı
  • Yaşı : 30-50

Maraqlanan namizədlər mövzu yerində “Smetaçı-Mühəndis” yazmaqla öz CV-lərini hr@ricon.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı