Qısa məzmun
UNICO Smeta və xərclərə nəzarət üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibat (Dəmir beton, daxilitamamlama, fasad, landşaft vb);
- MEP sahəsinə aid iş həcmlərin analizini yerinə yetirmək;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək vəsmeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsini təmin etmək;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanmasınə etmək (Forma 2, Forma 3, Xərc analizi);
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılmasını təmin etmək;
- Sahələrdən gələn texniki hesabatların yoxlanmasını etmək;
- Layihədəki büdcə risklərin analizini etmək.
Tələblər:
- Mühəndis / memar ixtisası üzrə ali təhsil;
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Dil bilikləri: Azərbaycan, İngilis;
- Komputer bilikləri: Excel və AutoCAD proqramları üstün səvviyyədə;
- İşə məhsuliyyətli yanaşmaq;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...