Smeta üzrə Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zaferoğlu İnşaat Smeta üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olmalıdır.

Namizədə dair tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil;
  • Minimum 2-3 il müvafiq sahədə iş təcrübəsi.
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməsi
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;

Tələb olunan vəzifə öhdəlikləri:

  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • İnşaat zamanı risk dəyərləndirilməsi, layihənin maliyyətinə nəzarət;
  • Nağd pul axını proqnozlarının hazırlanması;
  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
  • Yerli qanunvericiliyə əsasən vergilər və müvafiq qanunlar barədə məlumat;
  • Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi
  • Obyektin layihələndirmə tələblərini bilmək;
  • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;

İş qrafiki:

  • İş saatları 5 gün 09:00 – 18:00, şənbə günü saat 17:00-dək.
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: 1000 azn

Uyğun namizədlərdən edalet@zaferoglu.az elektron ünvanına mövzu yerinə “Smeta üzrə Mühəndis” yazaraq CV göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı