Smeta mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Smetaçı-mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Tikinti texnologiyasını bilməlidir.

Namizədə dair tələblər:

  • Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
  • Iş təcrübəsi: Aidiyyati sahədə azı 5 il iş təcrübəsi, mülkü, sənaye, mühəndis-komunikassiya,körpü-yol,su-kanalizasiya işlərində təcrübəsi olan
  • Yaş: 30-55
  • Cins : Kişi
  • Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
  • Kompüter bilikləri: Ofis proqramları, Outlook (Autocad arzuolunandır)

Vəzifə öhdəlikləri:

  • Obyektin layihələndirmə tələblərini bilmək;
  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması
  • Layihədəki büdcə risklərin analizi
  • Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması;
  • Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
  • Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq;
  • İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
  • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində  “Smeta mühəndisi” qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan