Smeta Mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Urban City Construction LLC Smeta Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə Öhdəlikləri:

  • Tender Çizgiləri və texniki tələblərə uyğun olaraq BOQ hazırlanması ;
  • Faktiki çizgilərə əsasən ölçülərin verilməsi;
  • Tender zaman gələn texniki məlumatların yoxlanılması
  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi və çatışmayan sənədlər barəsində rəhbərə məlumat verilməsi?;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Tender sənədlərinin hazırlanması və Tenderin keçirilməsinə birbaşa iştirak;
  • Texniki iclaslarda iştirak , mövcud problemlərin müzakirəsi və həlli istiqamətində addımların atılması ;
  • Digər iş növləri ilə koordinasiyanın edilməsi ;
  • Mexaniki işlərlə bağlı smetanın hazırlanması , işçi qüvvəsi və material hesabatı hazırlanması
  • Subpodratçılar və Sifarişçi ilə mübahisəli mövzuların müzakirəsi və həlli
  • Layihəçi ilə BoQ , spesifikasiya və cizgilərdə olan uyğunsuzluqların aydınlaşdırılması
  • İPC lərin hazırlanması və yoxlanılması

Namizədə dair tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil;
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməsi
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;

Uyğun namizədlərdən əmək haqqı tələbləri göstərilməklə turan.a@yarat.az elektron ünvanına mövzu yerinə “Smeta üzrə Mühəndis” yazaraq CV göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan