Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amal Group Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və təşkilati bacarığı olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- Obyektin layihələndirmə tələblərini bilmək;
- Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanması;
- Layihə üzrə iş həcmlərinin çıxarılması;
- Mövcud bina və qurğular üzrə ölçüləndirmə işlərinin aparılması;
- Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması;
- Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq;
- İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək.
- Ehtiyac olduğu təqdirdə ezamiyyətlərə getmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Eskiz və işçi layihəni oxuma bacarığı;
- Kompüter biliyi: MS Excel, AutoCad, internet;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Digər məlumat:
- Beş günlük iş qrafiki. Ehtiyyac olduqda altı.
- Əmək haqqı: danışığa əsasən
E-mail: career@amalgroup.az
Oxşar vakansiya siyahısı:
2000 — 2500 ₼
Qida sahəsi üzrə mexanikCamal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Qida sahəsi üzrə mexanik
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Layihəçi mühəndis"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...