Qısa məzmun
“Rabitəbank” ASC Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsinin aparıcı / baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.
“Rabitabank” ASC Şəki, Şamaxı, Şəmkir, Xaçmaz və Kürdəmir filiallarında SME kreditləri üzrə baş mütəxəssis / ekspert vakansiyasını elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
- Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;
- Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
- Təhkim olunmuş portfel üzrə borc alanların planlı və ya plandan kənar monitorinqlərini həyata keçirmək;
- Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- SME kreditləşməsi sahəsində ən azı 2-3 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı;
- Problemləri həlletmə qabiliyyəti;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- MS Office proqramlarından istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SME- Baş mütəxəssis/ Ekspert (müraciət etdiyiniz filial)” göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...