SM operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 425 AZN. Kibrit.tech SM Operatoru vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi iş tərəfindən verilir.

IT və telekommunikasiya, mobil xidmətlər sahələrində 20 illik təcrübəyə malik olan, ölkənin bütün mobil operatorları ilə (Azercell, Bakcell, Nar) əməkdaşlıq edən, bununla yanaşı Formula-1, JARA Festivalı və s. kimi tədbirlərin təşkilində texniki dəstək verən, Crystal Hall, Dəniz bulvarı və s. kimi məkanların texniki dəstəyini həyata keçirən Kibrit.tech şirkəti öz peşəkar komandasına ZengimCELL xidməti üçün messencer və social network üzrə operator axtarılır!

Namizədə tələblər:

  • Azərbaycan dilində yüksək səviyyədə yazmaq və danışıq qabiliyyəti;
  • Müasir trendi izləmək həvəsində olan, ZengimCELL auditoriyasının sevdiyi mahnıları az-çox tanıyan, tanımasa belə sürətli şəkildə axtarıb tapa bilən;
  • Tik-Tok video-təcrübəsi olanlara üstünlük veriləcək

Vəzifələr:

  • Gün ərzində ZengimCELL xidmətinin whatsapp, telegram, Fb messencerinə gələn, həmçinin xidmətin socnet səhifələrində şərhlərdə soruşulan suallara cavab vermək, kodları nömrələrə yükləmək, həmçinin fraqment və kodları təqdim etmək;
  • Tik-Tok səhifəsi üçün videolar hazırlamaq;
  • Story və səhifələr üçün videolar hazırlamaq;
  • İnstagramda canlı yayım açmaq və istifadəçilərə kodları canlı yayım vasitəsilə təqdim etmək (həftədə 2 dəfə);
  • İstifadəçilərin istəklərini nəzərə alaraq, olmayan fraqmentləri toplayıb məzmun prodüserinə təqdim etmək.

Şərtlər:

  • Əmək müqaviləsi ilə Sosial media operatoru vəzifəsi
  • Əməkhaqqı: 425 manat (net)
  • İş rejimi (full-time): bazarertəsi – cümə 09:30–18:30
  • Tibbi sığorta
  • Nahar yeməyi

Bu vakansiyaya namizədlər CV-lərini “SM operatoru” başlığı ilə job@dsc.az e-mail ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı