İT əməliyyatları şöbəsində Sistem inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank İT əməliyyatları şöbəsində Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir .Bash və PowerShell scripting ilə təcrübə olmalıdır.

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT əməliyyatları şöbəsində Sistem inzibatçısı” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Sistem inzibatçısı” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: İT əməliyyatları şöbəsi

Vəzifə: Sistem inzibatçısı
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Windows və Linux sistemlərinin qurulması və sazlanması;
  • Sistemin saxlanılması, sistemin ehtiyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi
  • Sistemlərə texniki dəstək və istifadə təlimatların hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;
  • Sistemin təhlükəsizliyinin qorunması;
  • Bütün sənədlərin sistem tələblərinə uyğun hazırlanması və vaxtaşırı qiymətləndirilməsi, testlərin keçirilməsi.

Tələblər:

  • Windows sistemlərini MCP və Linux sistemlərini RHCE səviyyəsində bilmək;
  • Bash və PowerShell scripting ilə təcrübə;
  • Active Directory, MS Exchange quraşdırma, konfiqurasiya və xidmət göstərilməsi üzrə təcrübə;
  • Saxlanc və yedək cihazları ilə təcrübə;
  • VMware və Hyper-V virtualizasiya mühitlərinin layihələndirilməsi, həyata keçirilməsi və dəstəklənməsi təcrübəsi;
  • Kompüter şəbəkələri haqqında ümumi biliklər (TCP/IP, HTTP/HTTPS, Load Balancers, Proxies);
  • İstehsalat serverlərində xidmətlərin yaradılması və monitorinqin aparılması;
  • Əla təşkilatçılıq, analitik və müstəqil problem həll etmə bacarıqları.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı