Sistem İnzibatçısı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Sistem inzibatçısı, İnformasiya Texnologiyaları Departamenti vəzifəsi üzrə vakansiya elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
  • Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
  • Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
  • İstifadə olunan proqram məhsullarının keyfiyyətini və etibarlılığını artırmaq üçün təkliflər hazırlamaq;
  • İstifadəçi hesabları və elektron poçt ünvanlarının yaradılması;
  • İdentifikator və şifrə siyasətini təyin etmək;
  • İstifadəçilərə şəbəkədən istifadə etməyi, arxiv idarəçiliyini öyrətmək; şəbəkə ilə əlaqəli istifadəçi suallarına cavab vermək; şəbəkə proqramı ilə işləmək üçün təlimat tərtib etmək və istifadəçilərin diqqətinə çatdırmaq;
  • İnternet resurslarının istifadəsinə nəzarət etmək;
  • Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
  • İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
  • Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;
  • İnformasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak edir;
  • İstifadəçilərin və şəbəkə proqramlarının səhvlərini aşkar edir və sistemi bərpa edir;
  • Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı üçün təkliflər hazırlamaq;
  • Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların görünməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək;
  • Şəbəkə və server avadanlıqlarının modernləşdirilməsi və alınması üçün təkliflər hazırlamaq;
  • Məlumat sistemi komponenetlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
  • Şəbəkənin, serverlərin və iş stansiyalarının antivirus ilə qorunmasını həyata keçirmək;
  • Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Davamlı karyera imkanı.

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sistem İnzibatçısı” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur

Oxşar vakansiya siyahısı:

Data Analitik

AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

AS Group

13.08.2025 - Bakı

İT üzrə Biznes Analitik

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

Prosys LLC

11.08.2025 - Bakı

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı