Sistem İnzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Sistem İnzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Cəldlik bacarığı olmalıdır.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Sistem İnzibatçısı tələb olunur.

İşin rolu:

İşin əsas rolu serverlərin idarə edilməsi, yeni serverlərin yerləşdirilməsi və idarə edilməsi, icarəyə verilən xidmətlərin alınması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

  • Şirkətə məxsus olan server avadanlıqların xarici və daxili, beynəlxalq rabitə və internet çıxışını təmin etmək
  • İT infrastrukturu, daxili serverləri və bulud texnologiyaları idarə etmək
  • Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırılmaq
  • Məlumatların arxivləşdirilməsini təşkil etmək
  • Baş ofisdən mağazalara bağlantıların işləməsini və LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək
  • Lisenziya tələb edən proqram təminatlarının alışını və lisenziya müddətinin vaxtlı-vaxtında uzadılmasını təmin etmək

Əsas tələblər:

İxtisas / Təhsil:

  • İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə təhsil, (MS Windows Server / Active Directory və ya digər müvafiq sertifikatlar arzu olunandır)

Təcrübə:

  • Müvafiq sahə üzrə ən azı 4-5 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • SSO modeli; Müxtəlif Windows, Linux əsaslı servislərdə SSO tətbiq etmək bacarığı
  • VmWare ESXI, vCenter Server, VMFS, istehsal şəraitində FT qurması üzrə təcrübəli olmaq
  • LUN, datastore, ötürücü cihazların bağlantısı və SAN over FC, SAS üzrə təcrübəli olmaq
  • Windows Server Domain Sistemi; AD, FSMO rolları, Qrup siyasətlərini bimək
  • PKI; SSL sertifikatları, MS Sertifikat Təşkilatı, OpenSSL və fərqli ehtiyaclar üçün sertifikatlar üzrə təcrübəli olmaq
  • Linux əsaslı server administrasiyası; VPS serverlərinin əmr və idarə etməsini bilmək
  • Kerio Operator IP PBX; Telefon sistemi protokollarını və iş prinsiplərini bilmək
  • Exchange Server 2016; Quraşdırma və idarəetmə. Rollar, Saytlar, DAG, Dinamik qruplar, təhlükəsizlik üzrə təcrübəli olmaq
  • Şəbəkə; DNS, DHCP, VLAN, STP. Seqmentasiya, topoloji bildinq üzrə təcrübəli olmaq
  • Firewalls; Protokollar, NAT, interfeyslər, load-balansinq, proksi, VPN, DMZ üzrə təcrübəli olmaq
  • Şəbəkə avadanlıqlarını tənzimləməyi bacarmaq
  • Texniki avadanlıqlarda yaranmış nasazlıqları vaxtında və sərbəst şəkildə aradan qaldırmaq bacarığı

Kompetensiyalar:

  • Ünsiyyətcillik bacarığı
  • İş bölgüsü aparmaq və vaxtın idarə etmək bacarığı
  • Komandada işləmək və koordinasiya etmək bacarığı
  • Cəldlik bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Sistem İnzibatçısı” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı