Sistem inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak;
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • Mərkəzdaxili aktiv sosial həyat.

Vəzi̇fə Funksi̇yaları:

  • Active Directory idarə etmək, qrup siyasətlərini yazmaq və tətbiq etmək, icazələri idarə etmək;
  • korporativ yeniləmə servisinin işləkliliyinə nəzarət etmək, əməliyyat sistemlərinin yenilənməsi proseslərinin maksimum avtomatlaşdırılmasını təmin etmək;
  • sistemlərdə baş verə biləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək;
  • informasiya sistemlərinin quraşdırılmasını təmin etmək;
  • server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək;
  • server infrastrukturuna və informasiya resurslarına nəzarət etmək, təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək;
  • serverlərin əməliyyat sistemlərinin optimallaşması, effektivliyinin və səmərəliliyinin artırılması üçün təkliflər vermək;
  • serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün işlər görmək;
  • fəaliyyət istiqamətləri üzrə informasiya təhlükəsizliyinin qorunması üçün aidiyyəti üzrə tədbirlər görmək;
  • informasiya sistemlərinin ehtiyat nüsxələrin yaradılmasını təmin etmək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:

  • Ali təhsil;
  • Sistem administrasiyası sahəsində ən azı 3 il iş təcrübəsi;
  • İngilis dili və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması);
  • UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi;
  • Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə;
  • Server, Storage və Şəbəkə (SAN-switch) avadanlıqları ilə iş təcrübəsi;
  • Windows Server servisləri haqqında administrativ biliklər;
  • MS System Center üzrə administrativ biliklər;
  • Ehtiyat nüsxə sistemləri üzrə administrativ biliklər;
  • Monitorinq sistemləri üzrə administrativ biliklər.

Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq;
  • nəticəyə hədəfli;
  • komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Sistem inzibatçısı” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı