Devops üzrə sistem inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Devops üzrə sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
  • DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
  • GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri həll etmək);
  • OS Linux Redhat / CentOS / Debian / RHCE / RHСSA  üzrə biliklərin olması;
  • VmWare virtualizasiya ilə praktiki təcrübə;
  • CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;
  • Kubernetes, Docker, Ansible, Jenkins üzrə biliklər və praktiki təcrübə;
  • Bash script yazılması ilə iş təcrübəsi;
  • Elasticsearch / Zabbix kimi monitoring tool-lar ilə iş təcrübəsi;
  • C# , .NET, Java ,Python dillərdə yazılmış scriptlərin analiz edilməsi;
  • Komanda yoldaşlarını inkişaf etdirməyə həvəsli olması.

Görəcəyiniz işlər:

  • Agentlikdə istifadə olunan mövcud platformalara monitorinq və nəzarət edilməsi;
  • Yaranan problemlərin proqramçılar və infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;
  • Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirilməsi və həll edilməsi;
  • Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 20.08.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı