Sistem Adminstratoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PASHA Capital Sistem Adminstratoru vəzifəsi üzrə vakansiya elan edir. Texniki sənədləşməni aparmalıdır.

Vəzifənin məqsədi:

İT infrastrukturna aid sistemlərinin inzibatçılığını və tətbiqini həyata keçirmək, onların daim yenilənməsini təmin etmək və çıxan insidentləri aradan qaldırmaq

Vəzifə Öhdəlikləri:

  • Məlumat Mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN) və öhdəçiliyində olan digər İT sistemlərinin etibarlı işləməsini təmin etmək
  • Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
  • İT sistemlərinin işinin dayanması və fəaliyyəti ilə bağlı insidentləri və problemləri qeydiyyata almaq və onları həll etmək
  • Məlumatların ehtiyat surətlərinin yaradılmasını idarə etmək və mütəmadi nəzarətdə saxlamaq
  • Serverlərin və proqram təminatının mütəmadi olaraq yenilənməsini təmin etmək
  • Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını təmin etmək
  • Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını və həmin proqram təminatının etibarlı işləməsini təmin etmək
  • Texniki sənədləşməni aparmaq (diagram və s.)
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Xarici dil: İngilis dili (yaxşı);
  • Kompüter bilikləri: MS Office, AAA, DNS, PKI, şəbəkə protokolları haqqında ümumi bilik.
  • Məhsul biliyi: VMware vSphere, Windows Server 2008-2016, MS Exchange, Active Directory
  • Digər: Komandada və eyni anda müxtəlif tapşırıqlarla işləmək bacarığı, analitik bacarıqlar.

Vəzifə tələblərinə cavab verən namizdələrin öz CV-lərini hr@pashacapital.az email ünvanına məktubun mövzu hissəsində “Sistem Adminstratoru” qeyd edərək göndərmələri rica olunur. Ancaq uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı