Şirvan PEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK MMC Şirvan PEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi vəzifəsi üzrə vakansiya elan edir.

Link:  https://qlor.me/lfrtwgoy

Təsvir

  •  Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;
  • Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün  ESD və ERP sistemlərinə yerləşdirilməsi;
  • Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;
  • İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
  • Sadə formada və xüsusi proqram (ZKTeco) vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;
  • Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;
  • Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.

Tələblər

  •  Ali təhsil
  • İş təcrübəsi 1 ildən 3 ilə qədər
  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək
  • İş rejimi: 6 gün
  • Ümumi işçi heyət -194 nəfər
  • Həftədə 40 saat

İş yeri Şirvan rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı

İnsan Resursları üzrə Mütəxəssis

Ə/h razılaşma yolu ilə. 189 Taxi İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

16.04.2024 - Bakı