Sığorta iddiaları şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“BakıSığorta” ASC Sığorta iddiaları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İstənilən ixtisas üzrə ali təhsilin olmalıdır.

Vəzifənin öhdəlikləri:

  • Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, şirkət daxili bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
  • Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
  • Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması;
  • Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
  • Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması;
  • Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
  • Müştərilərdən sənədləri qəbul etmək;
  • Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
  • Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
  • Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
  • Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
  • Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Hüquq və ya Sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 1 illik iş təcrübəsi;
  • “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını və bilmək;
  • İstənilən ixtisas üzrə ali təhsilin olması;
  • Azərbaycan (əla), Rus və İnglis dili arzuolunandır;
  • Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
  • Məlumatı toplamaq və təhlil etmək bacarığı; Analitik düşüncə, danışıqlar aparmaq bacarığı; ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı; məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İş şərtləri:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
  • Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və ştat cədvəlinə uyğun gələn əmək haqqı təklif edir.
  • Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 20 aprel 2021-ci il tarixinədək hr@bakisigorta.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı