Qısa məzmun
PASHA Insurance Sığorta əməliyyatlarına dəstək xidməti üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə haqqında qısa təsvir:
- Agile komandaların birində müştəriyönümlü və keyfiyyətli sığorta məhsullarının yaradılması;
- Sığorta əməliyyatları prosesinin avtomatlaşdırılması və optimallaşdırılması;
- Agile yanaşması ilə çalışaraq “Scrum framework” əsasında komanda üzvləri ilə birlikdə təşəbbüslərin həyata keçirilməsi;
- Mövcud məhsullar üzrə təhlillərin aparılması və inkişaf etdirilməsi;
- Daima sığorta bazarı, sığorta məhsulları üzrə araşdırmaların və analitik təhlillərin aparılması;
- Məhsullar üzrə portfellərin idarəolunmasının təkminləşdirilməsi, məhsullar üzrə qiymətlərin və şərtlərin formalaşdırılması;
- Müvafiq əməkdaşlarla və müştərilərlə görüşlərin təşkil olunması, ideyaların müzakirəsi və təqdimatların keçirilməsi;
- Müştəri seqmentləri və hədəf qruplarının müəyyənləşdirilməsi;
- Sığorta məqsədləri və müştəri təlabatına uyğun olaraq daha münasib şərtlərlə sığorta təkliflərinin hazırlanması;
- Müvafiq sığorta növləri üzrə zərər nisbətinin tənzimlənməsi, hesabatların və analizlərin aparılması.
Vəzifə Tələbləri:
- Sığorta biznesinin Anderraytinq və Təkrarsığorta sahəsində iş təcrübəsi olanlara daha çox üstünlük veriləcəkdir
- Minimum 2 il iş təcrübəsi
- MS Office proqramlar üzrə biliklər (Excel bacarıqlarına üstünlük veriləcəkdir)
- Dil bilikləri: Azərbaycan – Əla, İngilis – orta, Rus – orta
- Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə təhsili olanlara üstünlük verilir);
- Riyazi hesablama, biznes analitika, bazar təhlili, məhsulların yaradılması və idarəedilməsi üzrə biliklər
- Davranış bacarıqları: Güclü ünsiyyət və komandada iş bacarığı, təşəbbüskarlıq, işdə innovasiyaları tətbiq etmək, analitik və məntiqi düşüncə, təhliletmə, təqdimat, problemlərin həlletmə bacarıqları.
Son müraciət tarixi: 17 yanvar 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. \
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...