Qısa məzmun
PASHA Life Fərdi sığorta şöbəsinin baş müştəri meneceri vəzifəsi üzrə vakansiya elan edir. Analitik məntiq və araşdırma qabiliyyəti olmalıdır.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30 may 2022-ci il.
Vəzifə Öhdəlikləri:
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulunu potensial müştərilərə təqdim etmək və satışını həyata keçirmək;
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulu ilə əlaqədar potensial müştərilərin satışa qədər, satış və satışsonrası dövründə sual və ehtiyaclarını qarşılamaq;
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulu ilə əlaqədar partnyor şirkətlərlə əlaqələri aparmaq, təcrübə mübadiləsi etmək və lazım gəldikdə əlaqəli tərəflərə təlimlər vermək;
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulunun inkişaf etdirilməsi üçün müştəri təcrübəsini öyrənmək və məhsul komandasına faydalı məlumatlar vermək;
- İnvestisiya bazarının inkişafı, trendlər, dəyişikliklər barədə məlumatları izləmək, öyrənmək və əlaqəli tərəflərlə paylaşmaq;
- İnvestisiya bazarının mövcud və yeni iştirakçıları, rəqabət mühiti, rəqiblərin üstün və zəif cəhətlərini davamlı izləmək, analiz etmək və əlaqəli tərəflərlə paylaşmaq.
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnvestisiya bazarları ilə əlaqədar sahə üzrə min. 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Ali iqtisadi və ya maliyyə ixtisaslar üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
Üstünlüklər:
- İnvestisiya, maliyyə alətləri və birja əməliyyatları sahəsi ilə bağlı bilik və təcrübə
- Satış bacarığı
- Analitik məntiq və araşdırma qabiliyyəti
Kompüter bilikləri: MS Office-orta
Fərdi keyfiyyət tələbləri: Kommunikasiya və təqdimat bacarığı, tənqidi yanaşma, nəticəyönümlülük, müştəriyönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, innovativlik, öz üzərində daima işləmək
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün linkə daxil olun: https://pasha-life.az/about/#career
Oxşar vakansiya siyahısı:
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed Satış Nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Korporativ Satış üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...