Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC Sex rəisi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft office proqramlarından istifadə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Sexin işinin təşkili və idarə edilməsi;
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstərişlərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Məhsulun istehsalı və qablaşdırılmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
- Qarşıya qoyulan istehsal planını icra etmək;
- İstehsal müdirinə hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Ali Təhsil;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- İdarəçilik bacarığı;
- Təşkilati və analitik bacarıqlar;
- Microsoft office proqramlarından istifadə bacarığı.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: razılaşma əsasında;
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir;
- İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı;
- İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt, Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan) .
Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV- lərini elektron ünvanına mövzu yerində “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.