Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC Sex rəisi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft office proqramlarından istifadə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Sexin işinin təşkili və idarə edilməsi.
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
- Aylıq qoyulan istehsal planını icra etmək;
- İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.
Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Təşkilati və analitik bacarıqlar;
- Microsoft office proqramlarından istifadə bacarığı.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Əməkdaşın biliyinə, bacarığına və təcrübəsinə uyğun müəyyən ediləcək;
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İşçilərin daşınması üçün servis xidməti var.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.