SƏTƏM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ULTEL şirkəti SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün son tarix: 17.07.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
  • Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;
  • Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;
  • İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;
  • İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;
  • İlkin yardımın əsasları, ilkin xilasətmə üzrə təlimatların keçirilməsi;
  • Ətraf mühitin, tullantıların idarə edilməsi;
  • İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;
  • İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;
  • Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;
  • Radio giriş şəbəkə əməliyyatlarinda  təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin (work permit) olmasının yoxlanılması.

Sizdən tələb olunan təhsil, bacarıq və səriştəliklər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil (müvafiq sahə üzrə üstünlük təşkil edir);
  • SƏTƏM üzrə müvafiq sertifikatlar;
  • MS office proqramlarında işləmə bacarığı;
  • SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını bilmək;
  • İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını bilmək;
  • SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını təmin etmək;
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını bilmək;
  • Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını bilmək;
  • Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını bilmək.

Müraciət etmək üçün mövzü hissəsində “HSE Specialist” yazmaqla ”CV-nizi elektron poçt ünvanına göndərə bilərsiniz.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...